Azərbaycan prezidenti İlham Əliyev aprelin 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə start verildiyini deyən İ.Əliyev həmin sazişin əməkdaşlığımızın daha da inkişaf etdirilməsində mühüm addım olduğunu vurğuladı, bu istiqamətdə işlərin fəal şəkildə davam etdiriləcəyinə və vaxtında yekunlaşdırılacağına ümidvar olduğunu bildirdi”, - deyə məlumatda deyilir.
Prezident tərəflər arasında sazişlə bağlı ümumi anlaşmanın mövcud olduğunu qeyd edib.
Dövlət başçısı Bakı ilə Brüssel arasında uzun illərdir yaxşı tərəfdaşlıq əlaqələrinin qurulduğunu deyib.
“Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, təmas xəttində vəziyyət, münaqişənin həlli ilə bağlı gedən danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı”, - deyə məlumatda vurğulanır. **
R.Babayev