Bakı, Naxçıvan, Mingəçevir, Sumqayıt və Şirvan Azərbaycanın investorlar üçün ən cəlbedici regionlarının siyahısına daxildir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, Mərkəz ilk dəfə olaraq Azərbaycan Respublikasının inzibati rayonlarının 2016- 2017-ci illər üzrə İnvestisiya Reytinqini dərc edib.
“Həmçinin Gəncə və Naftalan şəhərləri, eləcə də Abşeron, İmişli və Culfa rayonları ən cəlbedici regionların TOP-onluğuna daxil edilib”, - deyə mərkəzin məlumatında bildirilir
Reytinqə əsasən Cəlilabad, Yardımlı, Lerik, Astara və Gədəbəy rayonları investisiya qoyuluşları üçün az cəlbedicidir.
Reytinq 63 şəhər və rayonu əhatə edib.*
A.Axundov