2017-ci ilin I rübündə Azərbaycanda 744 mln. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 3,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
I rübdə 726,6 mln. manat məbləğində heyvandarlıq, 17,4 mln. manat məbləğində bitkiçilik məhsulları istehsal edilib.
Qeyd olunan dövrdə heyvandarlıq məhsullarının istehsal həcmi 3% artıb.
Bundan başqa, yanvar-mart aylarında respublikada 115,4 min ton ət (artım 3,2%), 450,5 min ton süd (artım 2,2%), 425,8 mln. ədəd yumurta (artım 4,6%) istehsal edilib.
Bu dövrdə bitkiçilik məhsullarının istehsal həcmi 24,6% artıb.*
A.Axundov