SOCAR (ARDNŞ) “Qərbi Abşeron” yatağı üçün yeni 10 saylı stasionar dəniz özülünün tikintisini davam etdirir. Bu barədə şirkətdən məlumat verilib.
“Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan obyektin baş podratçısı “Neftqaztikinti” Trestidir. 10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül 9 dayaq bloku üzərində yığılacaq və dənizin 13,5 metr dərinliyində yerləşdiriləcək”, - deyə məlumatda deyilir.
Ümumi sahəsi 3480 kvadrat metr təşkil edən obyekt istehsalat və yaşayış sahələrindən ibarət olacaq.İstehsalat və yaşayış sahələri 2 piyada körpüsü vasitəsi ilə bir-birinə birləşdiriləcək.
Özüldə, o cümlədən 4 minik meydançası, 7 yanalma meydançası, 9 aralıq seksiya inşa ediləcək. Özülün tikintisi üçün 2113 ton metal sərfi nəzərdə tutulub. Artıq dayaq blokları, aralıq seksiyaları, piyada körpüləri, minik və yanalma meydançaları, çirkab suları üçün çənlər, eləcə də qülləaltı postamentin hərəkət yolları quraşdırılıb, 54 svayın və quyu istiqamətləndiricilərinin hamısı vurulub.
Özül 10 istismar quyunun qazılması üçşün nəzərdə tutulur.
Qazılacaq quyulardan ümumilikdə sutkada 1,2 min-1,5 min ton neft hasil olunacağı gözlənilir. **
N.Abbasova