Bu gün İslandiyanın "Creditinfo" şirkəti və Azərbaycanın 21 təşkilatı arasında ilk özəl kredit bürosunun yaradılmasına dair sənədlər imzalanıb. Bu barədə Beynəlxalq Maliyyə Korporasiyasının nümayənd\əsi Teymur Heybətov büronun təsis olunmasına həsr olunan tədbirdə bildirib.
“Yerli təşkilatlar arasında, banklardan başqa bir bank olmayan kredit təşçkilatı və bir sığorta şirkəti var”, - deyə T.Heybətov qeyd edib ki, son iki il ərzində IFC bu prosesə məsləhətçi qismində dəstək verib.
"Creditİnfo Group"un təsisçisi və rəhbəri Reynir Qretarrsonun sözlərinə görə, təşkilatın 9 üzvdən ibarət İdarə Heyəti seçilib. Elçin Əhmədovu İdarə Heyətinin sədri seçilib.
“Dövlət kredit bürosu ilə müqayisədə özəl büro daha çox məlumat mənbəyi və istifadəçilərə malik olacaq. Misal üşün, büro lizinq şirklətləri, mobil operatorları, kommunal idarılərdən məlumat alacaq”, - deyə o qeyd edib.
O bildirib ki, büro maliyyə təşkilatları və kreditorlara riskləri daha səmərəli qiymətləndirməyi, onların xərclərini azaltmağı, kredit məhsullarına çıxışı artırmağa yardım edəcək.
MBNP-nin baş icraçı direktorunun müavini Asim Zülfüqatrov deyib ki, bu büronun yaradılması Dünya Bankının Doing Business hesabatında Azərbaycanın mövqeyini yaxşılaşdıracaq.
“Bu gün kredit reyestrində Azərbaycanın yetkinlik yaşına çatan əhalisinin 36%-i barədə məlumat var. Büronun yaradılması bu əhatəni genişləndirməyə imkan verəcək”, - deyə o vurğulayıb. **
A.Axundov