Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondununfəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Gənclər təşkilatlarının və 16-29 yaşlı fiziki şəxslərin təqdim etdikləri layihələrin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna 3 mln. manat ayrılır”, - deyə məlumatda deyilir. **
R.Babayev