"Azər-Türk Bank" ASC-nin İdarə Heyətinə yeni təyinat olub. Bu barədə bankdan məlumat verilib.
„İslam Musayev bankın İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. İ.Musayev bundan öncə, 2005-ci ildən Azərbaycan Beynəlxalq Bankında müxtəlif vəzifələrdə çalışıb”, - deyə məlumatda deyilir.
“Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb. Bankın səhmdarları Əmlak Məsələləri Dövlət Komitəsi (75%), “Ziraat Bank”, “AzRe Təkrarsığorta” və “Qala Həyat Sığorta” şirkətləridir.**
A.Əzizov