Əmlak Məsələləri Dövlət Kömitəsi (ƏMDK) Bakıda noyabrın23-25-itarixlərində əmlak və investisiya sərgisi təşkil edəcək. Bu barədə Komitədən məlumat verilib.
“Tədbirin əsas məqsədi Azərbaycanda bazarının daha da canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Daşınmaz əmlak bazarı ilə bağlı investisiya mühitinin bu sahədə fəaliyyət göstərən xarici şirkətlərə nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsi də əsas vəzifələrdəndir”, - deyə məlumatda deyilir.
Sərgidə daha çox investor, əmlak şirkətlərinin qatılması, onların layihələrinin nümayiş edilməsi gözlənilir.
Bu ilki sərgidə özəlləşdirilməyə açıq elan edilən müəssisələrin povilyonlarının yaradılması kimi yeniliklərdə nəzərdə tutulur. Belə ki, burada həmin müəssisələrin maliyyə durumu, iqtisadi göstəriciləri, yerləşdiyi ünvan, fəaliyyət növü, gəlir gətirmə potensialı və sair digər bütün məlumatlar əks olunacaq.
Bundan başqa, sərgidə komitənin məsləhət xidmətləri də fəaliyyət göstərəcək.
Komitə tərəfindən sərgidə yaradılacaq povilyonda dövlət əmlakının özəlləşdirilməsi, torpaqların vahid elektron kadastr uçotu, bu sahədə müasir informasiya kommnukasiya texnologiyalarının imkanları ilə yaradılan sistemlər, elekktron xidmətlər və digər yeniliklər nümayiş olunacaq.
Hazırda ƏMDK Azərbaycanın BƏƏ-dəki səfirliyi və Dubaydakı konsulluğu vasitəsi ilə iri investorların cəlb edilməsi üzrə Dubay Ticarət Palatası ilə danışıqlar aparır. Eyni zamanda Türkiyə ilə də müvafiq işlər həyata keçirilir. **
N.Abbasova