Birləşmiş Ərəb Əmirliklərinin "Union Cop" mağazalar şəbəkəsi Azərbaycan məhsullarının satışında maraqlıdır.
Azərbaycan məhsullarının, xüsusilə də meyvə-tərəvəzin satışına dair məsələlər iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin"Union Cop" mağazalar şəbəkəsin rəhbərliyi ilə görüşündə müzakirə olunub.
Görüş iştirakçıları qeyd ediblər ki, artıq bəzi Azərbaycan məhsullarının "Union Cop" mağazalar şəbəkəsində satışı həyata keçirilir və Azərbaycan məhsullarına maraq böyükdür.
Azərbaycan şirkətlərinin təmsilçiləri BƏƏ-nin "Lulu" marketlər şəbəkəsində də olub və marketlər şəbəkəsinin rəhbərliyi ilə görüşüblər. Görüşdə əməkdaşlıq məsələləri və Azərbaycan istehsalı olan məhsulların BƏƏ və Körfəz ölkələrində yerləşən "Lulu" marketlər şəbəkəsinin ticarət obyektlərində satışı barədə müzakirələr aparlılıb. Qeyd edilib ki, məhsullarımıza BƏƏ-də böyük maraq var, artıq Azərbaycan alması və müxtəlif çeşiddə kompotlarımız "Lulu" marketlər şəbəkəsində satışdadır.
"Lulu" marketlər şəbəkəsi Körfəz regionunun ticarətində önəmli yerə malikdir və 138 mağazası ilə Birləşmiş Ərəb Əmirlikləri, Oman, Qətər, Küveyt, Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı, Malayziya, İndoneziya və Hindistanda fəaliyyət göstərir.*
A.Axundov