“Atef Russ” MMC (“ATEF Group” şirkətinin törəməsi) “Lotos” xüsusi iqtisadi zonasında elektrotexniki avadanlıqlar zavodunun tikintisinə başlayıb. Bu barədə “İnterfaks”ın müxbiri təməlqoyma mərasimindən xəbər verib.
"Zavod əsasən yüksək keyfiyyətli elektrotexniki avadanlıqlar istehsal edəcək. Biz Rusiya bazarında avadanlıq idxalının payını azaltmağı və bazarın 10%-ni tutmağı qarşıya məqsəd qoyuruq”, - deyə “Atef Russ” MMC-nin baş direktoru Tofiq Həmidov bildirib.
Onun sözlərinə görə, müəssisədə istehsal ediləcək avadanlıqlar idxal edilən məhsullardan 50% ucuz olacaq.*
A.Əzizov