Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda “Cənubi Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi çərçivəsində italyan şirkətlərinin çoxmilyardlıq müqavilələr əldə etməsini vurğulayıblar.
“Görüşdə “Cənubi Qaz Dəhlizi”nin İtaliyaya əlavə qaz təchizatı nöqteyi-nəzərdən əhəmiyyəti qeyd edilib”, - deyə nazirlikdən bildiriblər.
E.Məmmədyarov və K.Kalenda iki ölkə arasında siyasi, iqtisadi, enerji, neft-kimya, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyinivurğulayıblar.
Azərbaycan XİN başçısı Elmar Məmmədyarov İtaliyada səfərdədir. **
F.İsazadə