Ermənistan maddi və qeyri-maddi dəyərlərini mənimsənilməsi yolu ilə Azərbaycana və qonşu xalqlara qarşı ərazi iddiaları nüayiş etdirməkdə davam edir. Bu barədə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.
“Ermənistan müvafiq beynəlxalq təşilatlarının Azərbaycanın işğal olunmuş ərazilərə dair qərarlarına məhəl qoymayaraq hər vəchlə mövcud status-kvonu saxlamağa çalışır”, - deyə K.İmanov “Kitab nəşri və rəqəmsal inqilab: rəqəmsal nəşriyyat sənayesinə doğru istiqamətlər, proseslər və praktiki addımlar” mövzusunda keçirilən beynəlxalq konfransdabildirib.
Onun sözlərinə görə. bütün bunlar Ermənistan tərəfindən Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin mənimsənilməsi siyasətinin davam etdirilməsinə gətirir.
“Beynəlxalq təşklatların susqunluğu Ermənistan tərəfindən Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin mənimsənilməsi siyasətinin davam etdirilməsinə səbəb olur”, - deyə K.İmanov vurğulayıb.
O qeyd edib ki, rəqəmsal inqilab naşirlər üçün yeni imkanlar açır, oxuyucu auditoriyasını genişləndirir.
“Azərbaycanda elektron kitablar nəş edən 7 nəşriyyat var. 79 qəzet və jurnal çap versiyası ilə yanaşı elektron variantda da nəşr olunur, kitabların elektron satışını həyata keçirilər”, - deyə o vurğulayıb. **
R.Babayev