Azərbaycanın qərbində baş vermiş yol qəzasında 3-ü uşaq olmaqla 17 nəfər xəsarət alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.
"Yol-nəqliyyat hadisəsi nəticəsində avtobus aşıb. Onun içərisində olan 23 nəfərdən 17-si, o cümlədən 3 uşaq yaralanıb”, - deyə o bildirib.
L.Bayramovanın sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdiriliblər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 15 nəfər yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda Şəki və Mingəçevir xəstəxanalarında iki nəfərin müalicəsi davam edir, onların vəziyyəti orta ağırdır.*
R.Babayev