Azərbaycan və Əlcəzair Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu barədə nazilrikdən məlumat verilib.
Sənədi Əlcəzairin ədliyyə naziri Əl-Tayyib Louh və Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov imzalayıblar.
“Memorandum məhkəmə, ədliyyə, o cümlədən penitensiar sistemin təkmilləşdirilməsi, elektron ədliyyə, qanunvericilik, ədliyyə işçilərinin və hakimlərin tədrisi sahəsində birgə tədbirlərin keçirilməsini nəzərdə tutur”, - deyə məlumatda vurğulanır. **
F.İsazadə