“AtaBank” qısa zamanda nizamnamə kapitalının 40% - 70 mln. manatadək artırılması prosesini başa çatdırmağı planlaşdırır. Bu barədə "Synergy Group" MMC-nin icraçı direktoru İsmayıl Süleymanov bu gün keçirilən mətbuat konfransında bildirib.
“Bir müddət əvvəl bankın səhmdarları 20 mln. manat məbləğində səhmlərin əlavə emissiyası hesabına nizamnamə kapitalını 50 mln. manatdan 70 mln. manatadək artırmağı qərara alıblar. Bu məbləğin 10 mln. manatı artıq ödənilib, qalan məbləğ isə qısa zamanda ödəniləcək”, - deyə İ.Süleymanov vurğulayıb.
“AtaBank”ın İdarə Heyətinin sədri Dəyanət Quliyevin sözlərinə görə, bankın aktivləri 500 mln. manata yaxın, depozit portfeli 300 mln. manata yaxın təşkil edir, kredit portfeli 400 mln. manatı ötür.
O qeyd edib ki, “AtaBank”ın xarici banklar qarşısında öhdəlikləri yoxdur. **
A.Axundov