2017-ci ilin birinci rübündə Azərbaycanın kimya müəssisələri kimya məhsullarının istehsal həcmini 2016-cı ilin analoji dövrü ilə müqayisədə 4,3% azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Hesabat dövründə respublikada 201,9 mln. manat məbləğində kimya, əczaçılıq, rezin və plastik kütlə məmulatları istehsal olunub. Bununla belə, 2017-ci ilin birinci rübündə kimya məhsullarının istehsal həcmi 4,3%, rezin və plastmas məmulatların istehsal həcmi 42,4% azalıb. Əczaçılıq məhsullarının istehsalı 2,4 dəfə artıb”, - deyə Komitədən bildiriblər.
Məlumatlara əsasən, bu dövrdə propilen istehsalı 4,3% - 14,4 min tona qədər, polietilen istehsalı 3,7% - 28,5 min tona qədər, etilen istehsalı 3,6% - 29,3 min tona qədər, lak-boya məhsulları istehsalı 2,7 dəfə - 2 min 630 tona qədər artıb.
Cari ilin birinci rübündə azaot istehsalı 1% - 5 mln. 519,2 min kubmetrə qədər, yod istehsalı 6,1% - 41,8 tona qədər, oksigen istehsalı 76,3% - 626,5 min kubmetrə qədər, izopropil spirti istehsalı 12,9% - 3 min 589,3 tona qədər, başqaüzvü həlledicilər istehsalı 71,2% - 1 min 986,9 tona qədər azalıb. **
N.Abbasova