Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 24-də depozit hərracı keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
"Mərkəzi Bank hərracda 14 gün müddətinə 200 mln. manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 12,01%-14,99% təşkil edir.
Qeyd edək ki, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.**
N.Abbasova