Milli Məclisin Təbii Ehtiyatlar, Enerjivə Ekologiya komitəsi "Ümid-Babək" qaz yataqları blokunun kəşfiyyatı və işlənməsinə dair “Risk Service Contract”I parlamentdə təsdiq etməyi tövsiyyə edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə parlamentdən məlumat verilib.
“Bu gün parlamentin Təbii Ehtiyatlar, Enerjivə Ekologiya komitəsi SOCAR (ARDNŞ) və “SOCAR Umid Oil and Gas Limited”, o cümlədən “SOCAR Umid Oil and Gas Limited” və “Umid, Babek Exploration & Production” şirkətləri arasında imzalanan “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Risk Xidmət Sazişini müzakirə edib”, - deyə parlamentdən bildiriblər.
Saziş barədə məlumat verən komitə sdəri Valeh Ələsgərov qeyd edib ki, ölkənin daxili bazarında qaz təchizatına tam nəzarət və xarici amillərdən asılılığın azalması, həmçinin daxili tələbatın mümkün aşağı qiymətlərlə təmin olunması Azərbaycan hökumətinin əsas və strateji məqsədidir. Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün SOCAR şirkəti tərəfindən “Ümid-Babək” blokunun işlənməsinə dair qərar qəbul olunub.
İclasın yekunları üzrə sənədin təsdiq üçün Milli Məclisə tövsiyyə olunmasına dair qərar qəbul edilib. **
N.Abbasova