Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları Bakının Nizami rayonunda yanğın baş verdiyi çoxmərtəbəli yaşayış binasından 40 nəfəri təxliyə ediblər. Bu barədə FNH-dən məlumat verilib.
“Çoxmərtəbəli yaşayış binasının bloklarının birində zirzəmidən başlayaraq 18-ci mərtəbəyə kimi kabel şaxtasında 600 p.m elektrik kabeli yanıb. Yanğın zamanı hadisə yerindən 40 nəfər bina sakini təxliyə, 8 nəfər azyaşlı uşaq xilas edilib. Mənzillər yanğından mühafizə olunub”.
Yanğın saat 02:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb. **
A.Əzizov