Ermənistan açıq şəkildə faşizm və milli dözümsüzlüyütəbliğ edir. Moldovanın keçmiş ombudsmanı Aureliya Qriqoriu belə hesab edir.
“Ermənistan faşizm, millətçilik və digər xalqlara qarşı nifrəti təbliğ edən monoetnik ölkədir”, - deyə A.Qriqoriu “Erməni soyqırımı” real tarix, yaxud tarixin yalanı” mövzusunda beynəlxalq elmi-praktiki konfransdabildirib.
Onun sözlərinə görə, məhz Ermənistan erməni əsilli Hitler faşistlərinə abidə ucaldır və onları milli qəhrəman elan edir.
“Ermənistanı xərçəng şişi ilə müqayisəetmək olar. Milli nifrət yayan erməni saytlarını oxumaq kifayətdir ki, buna əmin olaq. Millətçilik və nifrət hissləri ermənilər tərəfindən hələ ana bətnində ikən onlara aşılanır”, - deyə A.Qriqoriu vurğulayıb.
O bildirib ki, erməni lobbisi 3 əsas istiqamət üzrə siyasət yürüdür.
“Birincisi, qondarma “erməni soyqırımı”nın qanunvericilik səviyyəsində dünyada tanınması. İkincisi, erməni diasporunun genişləndirilməsi. Üçüncüsü, beynəlxalq KİV-də erməni maraqlarının təbliğatının təsirinin genişləndirilməsi. Bütün bunlar uydurma “böyük Ermənistan” mifinin yaradılması və ya qaytarılması məqsədilə həyata keçirilir”, - deyə A.Qriqoriu əlavə edib.
Onun sözlərinə görə, ermənilərin xərclədikləri iri vəsaitlər öz bəhrəsini verir. “Rusiya telekanallarında tok-şouları izləyərkən elə təəsürat yaranır ki, sanki erməni ekspertləri Rusiyanın aparıcı ekspertlərinə çevriliblər”, - deyə A.Qriqoriu bildirib.
O qeyd edib ki, Moldovada da ermənilər tərəfindən analoji addımlar atılır. **
R.Babayev