İslam Həmrəyliyi Oyunları ilə bağlı“Azərenerji” ASC xüsusi iş rejiminə keçib. Bu barədə ASC-nin məlumatında deyilir.
“IV İslam Həmrəyliyi Oyunları zamanı öz üzərinə düşən vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün “Azərenerji” tərəfindən müvafiq işlər gerçəkləşdirilib. Səhmdar Cəmiyyətdə artıq bir neçə müddətdir ki, bununla bağlı lazımi təşkilati və texniki tədbirlər görülməyə başlanılıb. IV İslam Həmrəyliyi Oyunları ilə bağlı xüsusi iş rejiminə keçirilib və iş qrafiki vaxta görə uyğunlaşdırılıb. Cavabdeh şəxslər bu xüsusda təlimatlandırılıb və onlardan ibarət yeni növbətçilik cədvəli tərtib edilib. Sistem əhəmiyyətli elektrik verilişi xətləri üzrə təftiş intensivləşdirilib və bu istiqamətdə mövcud olan nəzarət gücləndirilib”, - deyə məlumatda bildirilir.*
N.Abbasova