"RSM Azerbaijan" beynəlxalq audit şirkəti tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) 2016-cı il üzrə maliyyə hesabatlarının auditi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“"RSM Azerbaijan" beynəlxalq audit şirkəti tərəfindən verilmiş rəyə əsasən, fondun 2016-cı il üzrə maliyyə fəaliyyəti müsbət qiymətləndirilib, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun aparıldığı müəyyən edilib”, - deyə məlumatda bildirilir.
Audit zamanı fondda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, fondun maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycan qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilib.*
A.Əzizov