Azərbaycan şirkətləri öz məhsullarının Qazaxıstana ixracına dair danışıqlar aparırlar. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“19 şirkətin təmsil olunduğu Azərbaycanın ixrac missiyası Qazaxıstandadır”, - deyə məlumatda bildirilir.
"Ayan" MMC şirkətinin istehsal etdiyi limonad və mineral suların və "Ağ Naftalan" MMC-nin istehsal etdiyi Naftalan mazının Qazaxıstana ixracına dair danışıqlar aparılır.
“İxrac missiyası aprelin 26-da Astana şəhərində olacaq, Qazaxıstan şirkətləri ilə Azərbaycan məhsullarının bu ölkəyə ixracının genişləndirilməsi məsələlərini müzakirə edəcəklər”, - deyə məlumatda qeyd olunur.
İxrac missiyasına ölkəmizdə meyvə-tərəvəz məhsulları, meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, tikinti materialları, maşınqayırma sənayesi və səhiyyə sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri daxildir.*
A.Əzizov