“PAŞA Bank” 2018-2021-ci illəri əhatə edən yeni ortamüddətli inkişaf strategiyasının hazırlanmasına başlayıb. Bu barədə bankın İdarə Heyətinin sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında məlumat verib.
"2017-ci ildə mövcud üçillik strategiyanın müddəti bitir. Apreldə biz 2018-2020-ci illəri əhatə edən yeni strategiyanın hazırlanmasına başlamışıq”, - deyə o bildirib.
Sədrin sözlərinə görə, bank korporativ bankinqdə mövqeyini möhkəmləndirməyi planlaşdırır.
"2016-cı ilin sonuna bütün sektorun kredit portfelinin 5,5%-i, aktivlərin isə 10%-i “PAŞA Bank”ın payına düşüb. Biz mövqelərimizi möhkəmləndirmək niyyətindəyik", - deyə o qeyd edib.
Ötən il bankın aktivləri 43,49%, məcmu kapitalı 12,67%, xalis mənfəəti 381,74%, kredit portfeli 23,14%, əməliyyat gəlirləri 60,43% artıb.*
A.Axundov