Azərbaycanda indiyədək hasil olunan neftin həcmi 2017-ci il dekabr ayına qədər 2 mlrd. tona çatacaq. Bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bəyan edib.
“İndiyədək Azərbaycanda 1 mlrd. 971 mln. ton neft hasil olunub, bunun 1 mlrd. tonu dəniz yatağları, 971 mln. tonu quru yatağlardan hasil edilib. 2 mlrd. ton göstəriciyə nail olmaq məqsədilə daha 29 mln. neft hasil etməliyik, biz bu vəzifəni 25 noyabr 2017-ci il tarixində həyata keçirəcəyik”, - deyə X.Yusifzadə Bakıda IISOCAR Beynəlxalq "Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Ticarət və Logistika"forumunda bildirib.
O xatırladıb ki, 1971-ci ildə Azərbaycanda hasil olunan neftin ümumi həcmi 1 mlrd. tona çatıb.
X.Yusifzadə həmçinin məlumat verib ki, indiyədək 443 mln. ton Azərbaycan nefti dünya bazarlarına ixrac olunub. Bunun 328 mln. tonu Bakı-Tbilisi-Ceyhan neft borusu ilə nəql edilib. **
N.Abbasova