Prezident İlham Əliyev və Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
T.Katori etimadnaməsini prezident İ.Əliyevə təqdim edib.
“İqtisadi əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edən dövlət başçısı bu əməkdaşlığın enerji, bank sektoru və digər sahələri əhatə etdiyini deyib və Yaponiya hökumətinin dəstəyi ilə bir çox mühüm layihələrin həyata keçirildiyini vurğulayıb. O, Yaponiya şirkətlərinin Azərbaycanda investor və kontraktor qismində fəaliyyət göstərməsi üçün yaxşı şəraitin mövcud olduğunu deyib”, - deyə məlumatda bildirilir.
Görüşdə ölkələrimiz arasında müasir texnologiyalar, neft və kimya, əczaçılıq, ağır sənaye, turizm, kənd təsərrüfatı, ticarət sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.*
A/Əzizov