Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət qulluğu haqqında” qanuna birinci vitse-prezidentinin fəaliyyətininin təminatına yönələn düzəlişlər qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verib.
Bu düzəlişlər birinci vitse-prezidentin xidmətində olan dövlət qulluqçularının statusunun müəyyən olunmması, təminatı və təsnifat sistemi üçün zəruridir.
Qəbul olunan düzəlişlər dövlət idarəçiliyi sistemində yeni strukturlar, həmçinin inzibati və yardımçı vəzifələrin yaradılması daxildir. İnzibati vəzifələr sırasına Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqan rəhbərinin vəzifəsi, Azərbaycanın birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur, bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlərin vəzifəsi daxildir.
Yardımçı vəzifələr sırasına isə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin müavini, Azərbaycanın birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini, habelə Azərbaycanın birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi daxildir. **
R.Babayev