2016-cı ilin sonuna “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun (AÇG) işlənməsi layihəsinin reallaşmasına sərmayələrin ümumi həcmi $30 mlrd. təşkil edib. Bu barədə SOCAR-ınsərmayələr və marketinq üzrəvitse-prezidentininmüaviniVitali Bəylərbəyovbu gün Bakıda keçirilən 2-ci Beynəlxalq "Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Ticarət və Logistika" forumunda çıxışı zamanı bildirib.
“2016-cı ilin sonuna AÇG blokunun işlənməsinə ümumi sərmayələr $30 mlrd. təşkil edib”, - deyə V.Bəylərbəyovbəyan edib.
Onun sözlərinə görə, ümumilikdə, bu müqavilə meydançasında 400-dən artıq quyu qazılıb və 1,6 min km boru qurulub.
“Blokdan ümumi neft hasilatı 4 mlrd. barrel təşkil edib”, - deyə V.Bəylərbəyovəlavə edib. **
N.Abbasova