Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Finlandiyada keçiriləcək “Multikulturalizm, İslam həmrəyliyi və dinlərarası tolerantlıq: Azərbaycan təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda konfransda iştirak edəcək. Bu barədə QMİ-nin mətbuat xidmətindənməlumat verilib.
“Bununla əlaqədar o, aprelin 26-da Helsinkiyə səfərə yola düşəcək”, - deyə məlumatda bildirilir.
Səfər çərçivəsində Şeyxülislam A.Paşazadə Finlandiyanın baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri xanım Anna-Kaisa Heikkinen, Finlandiya xarici işlər nazirinin müavini Samuli Virtanen, Finlandiya parlamentinin dini məsələlər üzrə Administrasiya Komitəsinin sədri Juho Eerola və Finlandiyanın təhsil və mədəniyyət nazirinin müavini xanım Zabrina Holmström ilə görüşəcək.
QMİ sədrinin səfər müddətində Finlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə də görüşü nəzərdə tutulur.*
F.İsazadə