Xarici işlər naziriElmar Məmmədyarov Litvanın müstəqilliyi uğrunda mübarizədə həlak olanların Memorialına əklil qoyulması mərasimində iştirak edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd edək ki, E.Məmmədyarov Litvada səfərdədir.
“XİN başçısı Antakalnis məzarlığında Litvanın müstəqilliyi uğrunda mübarizədə həlak olanların Memorialına əklil qoyub”, - deyə məlumatda bildirilir.
Bundan başqa, o, Vilnüs Universitetində Azərbaycan Auditoriyasının açılış mərasimində iştirak edib.
“Vilnüs Universitetində Azərbaycan auditoriyasının yaradılması universitetin müəllim və tələbə kollektivinin Azərbaycanın həqiqətləri, tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti barəsində məlumatlandırmaq, Azərbaycan ilə əlaqədar elmi-tədqiqat işlərinə dəstək vermək məqsədi daşıyır”, - deyə məlumatda qeyd olunur.*
F.İsazadə