Milli Məclisin bugünkü plenar iclasında "Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi qəbul olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyin parlament müxbiri məlumat verib.
“Dəyişikliklərə əsasən, mehmanxana, mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri “yerləşdirmə vasitələri” adlandırılır və statusuna görə yaşayış sahəsi hesab edilirlər”, - deyə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədriƏli Hüseynli bildirib.
Onun sözlərinə görə, bu düzəlişlər ölkədə turizmin inkişafı üçün vacibdir. **
R.Babayev