Milli Məclisin bugünkü plenar iclasında "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsi I oxunuşda səsə qoyularaq qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verib.
Qanun layihəsi daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin yaradılmasını nəzərdə tutur.
Xəbər verildiyi kimi, qanunvericilik öncə də daşınar əmlakı girov qoymaqla kredit ayırmağa imkan verirdi. Lakin bu kreditin həcmi daşınar əmlakın yüklülüyünə dair vahid məlumat bazası olmadığına görə kiçik idi.
MBNP qanun qüvvəyə minəndən sonra girov qoyulan daşınar əmlakın kreditləşməsinin kəskin artacağını gözləyir.
Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) ekspertləri də qanun layihəsinin hazırlanmasında iştirak ediblər. **
A.Axundov