“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin Tovuz filialının baş mühasibi filialın müdiri vəzifəsində işləyən Raya Bayramovanın qətlində şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
“Filialda baş mühasib işləyən Vidadi Vəliyev cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub”, - deyə məlumatda bildirilir.
Aprelin 22-də Dövlət Sığorta Kommersiya Şirkətinin Tovuz filialının müdiri vəzifəsində işləyən R.Bayramovanın xidməti otağında üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması barədə hüquq mühafizə orqanlarına məlumat daxil olub.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.
V.Vəliyev törətmiş olduğu cinayət əməlini etiraf edərək,cinayətin aləti olmuş predmeti və digər maddi sübutları istintaq orqanına təqdim edib.*
R.Babayev