SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Günəşli” yatağının dayazsulu hissəsində yeni quyunun qazma işlərinə başlayıb. Bu barədə şirkətin məlumatında deyilir.
355 nömrəli quyu 14 nömrəli özüldən qazılır. Quyunun layihə dərinliyi 3150 metrdir.
Quyudan sutkada 60 ton kondensat, 10 min kubmetr qaz hasil olunacağı nəzərdə tutulur. Quyu Fasilə Lay Dəstəsinə qazılır.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir. Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir. **
N.Abbasova