2017-ci ilin I rübündə Azərbaycanda istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində 10 nəfər dünyasını dəyişib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında deyilir.
Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən hesabat dövründə istehsalatla əlaqəli 31 bədbəxt hadisə qeydiyyata alınıb.Onlardan 2 hadisə qrup halında baş verib.
Qeyd olunan bədbəxt hadisələr nəticəsində 10 nəfər dünyasını dəyişib, 24 nəfər xəsarət alıb..*
R.Babayev