Azərbaycan hər il Türkiyəyə 6,6 mlrd. kubmetr, Gürcüstana 2 mlrd. kubmetr qaz ixrac edir. Bu barədə SOCAR-ın Qaz İxrac İdarəsinin rəisinin birinci müavini Nazim Səmədzadə məlumat verib.
““Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 10 mlrd. kubmetr qaz hasil edilir. Bunun 0,8 mlrd. kubmetri Gürcüstana, 6,6 mlrd. kubmetri Türkiyəyə nəql olunur. Bundan başqa, 1,5 mlrd. kubmetr qaz SOCAR tərəfindən alınır”, - deyə o, bu gün II SOCAR Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft-Kimya" forumunda bildirib.
N.Səmədzadənin sözlərinə görə, SOCAR-ın Gürcüstana nəql etdiyi qazın həcmi ildə1,2 mlrd. kubmetr təşkil edir.*
A.Əzizov