Azərbaycan neft hasilatının azalmasına dair öhdəlikləri icra edən ölkələrdən birinə çevrilib. Bu barədə Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz D.Əlfalih bəyan edib.
“Azərbaycan neft hasilatının azalması üzrə öhdəliklərini yerinə yetirən ən yaxşı ölkələrdən biridir”, - deyə Xalid Əbdüləziz D.Əlfalih Bakıda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Azərbaycan öhdəlikdən daha artıq həmcdə neft hasilatını azaldıb.
Energetika Nazilriyinin məlumatına istinadən xəbər verildiyi kimi, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycan neft hasilatını ardıcıllıqla azaldıb. Xüsusilə, yanvarda sutkalıq neft hasiltaı 793,9 min barel, fevralda - 776,4 min barel, martda - 733,3 min barel təşkil edib.
“Beləliklə, Azərbaycan sutkada neft hasilatının 35 min barel azalması üzrə öhdəliklərini tam yerinə yetirib”, - deyə məlumatda vurğulanır.
2016-cı il dekabrın 10-da OPEC və qeyri-OPEC ölkələrinin iclası keçirilib. Görüşün yekunları üzrə neft hasilatının həcminin azaldılmasına dair saziş imzalanıb. OPEC ölkələri üçün gündəlik neft hasilatının həcmi 1,2 mln. barel azaldılaraq 32,5 mln. barel həcmində saxlanılacaq. Qeyri-OPEC ölkələri hasilatı sutkada 558 min barelədək azaldacaq.
Razılaşmaya əsasən, Azərbaycan üçün bu göstərici sutkada 35 min barel müəyyənləşdirilib.
Saziş 2017-ci ilin birinci yarısı üçşün imzalanıb və müddətin uzadılması imkanını nəzərdə tutur. **
N.Abbasova