Türkiyə iş adamları Azərbaycan iqtisadiyyatına $9 mlrd.-dan çox investisiya qoyub. Bu barədə Türkiyənin Bakıdakı səfiri Erkan Özoral məlumat verib.
"Türkiyə şirkətləri Azərbaycan iqtisadiyyatına $9 mlrd.-dan artıq investisiya qoyub", - deyə səfir Sahibkarlar günü münasibətilə “Biznes Həyatı” jurnalının Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dərc edilmiş xüsusi buraxılışında qeyd edib.
Onun sözlərinə görə, SOCAR-ın həyata keçirdiyi əməliyyatlar sayəsində Azərbaycandan Türkiyəyə investisiya qoyuluşları $17-20 mlrd.-a çatacaq.
E.Özoral vurğulayıb ki, Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin dərinləşməsi hər iki ölkənin rifahını yüksəldəcək və yoxsulluğun səviyyəsinin aşağı düşməsinə şərait yaradacaq.*
A.Axundov