Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan aprelin 28-də Moskvada görüşəcəklər.
Rusiya XİN-dən verilən məlumata görə, görüş Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərə həsr olunub.
Ermənistan XİN görüşlə bağlı məlumatı “İnterfaks”a təsdiq edib.*