“SOCAR Traiding” şirkətiPakistan və Kot-d`İvuarda qaz terminalı və elektik stansiyalarının tikintisi layihələrini həyata keçirməyi planlaşdırır. Bu barədə şirkətin layihələrin inkişafı və investisiyalar departamentinin rəhbəri Toğrul Köçərli bəyan edib.
“2016-cı ildə biz Kot-d`İvuarda LNG-terminalının tikinti layihəsinə daxil olduq. Tikinti işlərinə 2017-ci ilin sonunda başlanacaq. Terminalın başlanğıc gücü illik 36 mlrd. MBTU təşkil edəcək. Bu rəqəm qonşu ölkələrə qaz satışının genişlənəcəyi halında illik 100 mlrd. MBTU-yə qədər artacaq”, - deyə T.Köçərli bildirib.
Onun sözlərinə görə, bu layihənin reallaşdırılmasına sərmayələr təxminən 120-130 mln. avro təşkil edəcək.
2019-cu ilin ortalarından Kot-d`İvuarda gələcək LNG-terminalına maye qaz tədarükünə başlanacaq. Bu layihə çərçivəsində “SOCAR Traiding” maye qazı Kot-d`İvuarın “SI Energy” dövlət şirkətinə satacaq. Bu şirkət sonra həmin qazı digər ölkələrə realizə edəcək.
T.Köçərli məlumat verib ki, çox vaxt tələb edən bu layihənin ən mürəkkəb komponenti elektik stansiyasının tikintisidir. Lakin, ölkədə elektik stansiyalarının mövcudluğunu nəzərə alaraq, Kot-d`İvuarın nümayəndələri hesab edirlər ki, ilk növbədə LNG-terminalın inşası zəruridir. Elektrik stansiyasının inşası isə daha sonra həyata keçirilə bilər.
“Kot-d`İvuarın özündə qaz hasilatı azalır, buna görə ölkə maye qaz tədarükündə maraqlıdır”, - deyə o vurğulayıb.
T.Köçərli həmçinin qeyd edib ki, “SOCAR Traiding” Pakistanın Qvadar limanında LNG-terminalı və elektrik stansiyası inşa etməyi planlaşdırır.
“Pakistanla LNG-terminalın inşası məsələsini Azərbaycana müzakirə etməyə imkan verən saziş imzalanıb. Kommersiya komandaları bu məsələ üzərinə işləyirlər. Pakistan Qətər ilə də analoji saziş imzalayıb. Pakistan LNG almağa hazırdır, çünki ölkə sürətlə inkişaf edir, qaz istehlakı həcmləri yüksək templərlə artır, qaz hasilatı isə kiçik həcmlərdə aparılır”, - deyə T.Köçərli bildirib.
Onun sözlərinə görə, şirkət bu seqmentin sürətlə inkişafını nəzərə alaraq, maye qazın təkrar qazlaşdırılması sahəsində fəaliyyətini inkişaf etdirir. **
N.Abbasova