Energetika naziri Natiq Əliyev OPEC üzvü olan və təşkilata daxil olmayan ölkələrin nazirlərinin 24-25 may tarixlərində Vyanada keçiriləcək görüşlərində iştirak etməyi planlaşdırır. Bunu bu gün Bakıda jurnalistlərə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih deyib.
"Hesab edirik ki, dünya neft ehtiyatlarını orta beşillik səviyyəyə çatdırmaq lazımdır. Azərbaycanın energetika naziri 24-25 may tarixlərində Vyanada bizə qoşulmağa razılıq verib", - deyə o qeyd edib.
Nazirin sözlərinə görə, Vyanada neftin qiymətinin sabitləşməsi üçün gələcək addımlar müzakirə olunacaq.*
N.Abbasova