Azərbaycanın müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında Rusiyanın fəal rolunu qeyd edir.
“Rusiya ATƏT-in Minsk qrupunun üzvü qismində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında kifayət dərəcədə iştirak edir”, - deyə K.Vəliyev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Bütövlükdə, K.Vəliyevin sözlərinə görə, münaqişənin nizamlanmasında vasitəçilərin fəallığı kifayət etmir.
“Hesab edirəm ki, bu məsələdə vasitəçilərin fəallığı və nəticəsi hələ kifayət qədər deyil, çünki münaqişə əvvəlki kimi qalır”, - deyə o əlavə edib.
K.Vəliyev 26-27 aprel tarixlərində Moskvada keçirilən "Qlobal təhlükəsizlik: XXI əsrin çağırışları"VI Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edir. **
F.İsazadə