Azərbaycan hökuməti kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyəyə çıxışının asanlaşdırılması məqsədilə geniş tədbirlər planı hazırlayır. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.
Aprelin 26-da Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Neft Fondu, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankın nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə planın hazırlanması ilə bağlı məsələlər müzakirə olunub.
“Görüşdə nəzərdə tutulan tədbirlər planına dair yekun təkliflərin qısa müddətdə təqdim edilməsi razılaşdırılıb”, - deyə məlumatda bildirilir.*
A.Axundov