Azərbaycan və Rusiyanın hərbi mütəxəssisləri arasında kimyəvi, bioloji və radioloji müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında kimyəvi, bioloji və radioloji müdafiə üzrə mütəxəssislərin işçi görüşü keçirilib”, – deyə məlumatda bildirilir.
Görüşdə hər iki dövlətin hərbi qurumlarının kimyəvi, bioloji və radioloji müdafiə sahəsində əldə etdikləri təcrübə müzakirə olunub, bu sahədə elmi mübadilənin aparılmasının vacibliyi vurğulanıb.*
A.Əzizov