SOCAR Gürcüstanda karbamid zavodunun tikintisi layihəsinin həyata keçirilməsinə qayıda bilər. Bu barədə Sumqayıt Karbamid Zavodunun direktoru Xəyal Cəfərov bu gün Bakıda 2-ci SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Ticarət və Logistika” Forumunda çıxışı zamanı bildirib.
"Biz Gürcüstanda bu layihənin həyata keçirilməsini təxirə salsaq da, layihə gündəlikdən çıxarılmayıb və gələcəkdə onu nəzərdən keçirəcəyik. Biz Gürcüstanda analoji müəssisənin tikintisində maraqlıyıq və artıq bu məsələdə təcrübəmiz də var", - deyə o vurğulayıb.*
N.Abbasova