Kənd təsərrüfatı naziri Heydər Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Antalya şəhərində “Türkiyə-Afrika 1-ci kənd təsərrüfatı nazirlərinin iclası və Biznes Forum”da iştirak edir. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.
“H.Əsədov Türkiyə Respublikasının qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çeliyin dəvəti ilə Türkiyədə səfərdədir. Tədbir 27-28 aprel tarixlərində keçiriləcək”, - deyə məlumatda bildirilir.
Tədbirdə Azərbaycan, Türkiyə və Afrika ölkələri arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin yüksək səviyyəyə çatdırılması məqsədi ilə fikir mübadiləsi aparılacaq, iş adamları arasında əlaqələr qurulacaq.*
A.Axundov