Milli Məclisin vitse-spikeri Bahar Muradova ictimai iaşə obyektlərində qəlyandan istifadənin qadağan edilməsini təklif edir.
«Gənclərin qəlyana marağının olduğunu heç kim inkar edə bilməz. Buna görə hesab edirəm ki, təhsil müəssisələri yaxınlığındakı ərazilərdə, o cümlədən ictimai iaşə obyektlərində qəlyanın qanunvericiliklə qadağan edilməsi zəruridir», - deyə o, bu gün 5 parlament komitəsinin “Tütündən istifadənin məhdudlaşdırılması haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsinə həsr olunmuş birgə iclasında bildirib.
Vitse-spikerin sözlərinə görə, qəlyanı gənclərdən uzaq tutmaq lazımdır.
Deputat Araz Əlizadə isə Azərbaycanda qəlyandan istifadənin qadağan edilməsini təklif edib.
«Azərbaycanda qəlyandan istifadə tamamilə qadağan edilməlidir. Bundan başqa, tütün məmulatları supermarketlərdə digər məhsullarla birlikdə deyil, xüsusi mağazalarda satılmalıdır. Və yaxşı olardı ki, bu mağazalar təhsil müəssisələrindən ən azı 500 metr məsafədə yerləşsin ki, şagirdlər tənəffüslərdə siqaret almağa macal tapa bilməsinlər”, – deyə o vurğulayıb.*
R.Babayev