Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə hər dörd ölkəni əhatə edən "Müasir İpək Yolu" turizm marşrutu açır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tur-paketin təqdimatından məlumat verib.
“Tur-paketin qiyməti təyyarə xərcləri nəzərə alınmadan $2,5 min təşkil edəcək”, - deyə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının nümayəndəsi Pelin Musabay bildirib.
Onun sözlərinə görə, marşrut Türkiyədə srtart götürür və bura İstanbul, Kayseri, Nevşehir, Konya daxil olmaqla İstanbulda bitir. Sonra turistlər təyyarə ilə Azərbaycanın Gəncə, oradan avtobuslarla Şəki, Şamaxıya yola düşürlər. Daha sonra isə Bakıya qayıdırlar.
Paytaxtdan təyyarə turistləri Alma-Atı şəhərinə (Qazaxıstan) çatdırır. Sonra səyahətçilər qatarla Türkistan, Çikment və Taraza yola düşürlər. Tarazdan turitsləır avtomobillə Bişkək, oradan isə Narın, İsıq-Kul, Taş-Rabata yollanırlar və Bişkəkə qayıdırlar. Tur İstanbulda başa çatır.
“Bütün marşrut 14 gün davam edir. Layihənin məqsədi ölkələrimizin mədənkiyyətlərinin dünya ictimaiyyətinə təqdim etmək, həmçinin turizm marşrutunun keçəcəyi regionların iqtisadi inkişafına imkan yaradır”, - deyə P.Musabay vurğulayıb.
O həmçinin bildirib ki, yaxın zamanda Qazaxıstanda Türk Şurasına üzv-ölkələrin turizm nazirlərinin iclası keçiriləcək. Həmin iclasda bu tur-paketin detalları da müzakirə olunacaq.
P.Musabayın sözlərinə görə, 2023-cü ilə qədər bu marşrutdan istifadə edəcək turistlərin 1 mln. nəfərə çatacağı proqnozlaşdırılır. **
F.İsazadə