Cari ilin yayında Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ilk iclası keçiriləcək. Bu barədə Xorvatiyanın xarici işlər nazirinin müavini Qordan Bakota bəyan edib.
“İyunun 7-də Hökumətlərarası Komissiyanın iclası keçiriləcək”, - deyə Xarici İşlər Nazirliyinin məlumatına görə, Q.Bakota Azərbaycan və Xorvatiya XİN-lərarası məsləhətləşmələrin növbəti mərhələsi zamanı bildirib.
Xarici işlər nazirinin müavini Xələf Xələfov öz növbəsində Hökumətlərarası Komissiyanı “Bakı və Zaqreb arasında ticari-iqtisadi əlaqələrin gələcək inkişafı üçün vacib mexanizm” adlandırıb.
Azərbaycan tərəfindən Hökumətlərarası Komissiyanın həmsədri vergilər naziri Fazil Məmmədovdur. **
R.Babayev