2016-cı ildə Ana Vətən Partiyasının gəlirləri 113 min 95,24 manat, xərcləri 114 min 641,61 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə partiyadan məlumat verilib.
Partiyanın auditi həyata keçirilmiş maliyyə hesabatına əsasən ötən il onun gəlirləri tamamilə dövlət büdcəsindən daxil olan vəsaitlərin hesabına formalaşıb.
Hesabat ilində partiyanın xərcləri strukturunda tədbirlərin maliyyələşdirilməsinə 100 min 65,4 manat, partiyanın saxlanması və informasiya təminatına 12 min 27,21 manat, müxtəlif təşkilatlara ödənişlərə 2,549 min manat yönəldilib.
Ana Vətən Partiyası 2016-cı ili 1 min 546,37 manat məbləğində zərərlə başa vurub, 2015-ci ilin yekunları üzrə isə mənfəəti 4 min 966,31 manat təşkil edib.*
R.Babayev